Koronavirusdan yenicə sağalanlara idman təhlükəlidir?

0
268

Koronavirus infeksiyasına yoluxduqdan dərhal sonra idmana davam etmək təhlükəlidir.
Bu barədə rusiyalı həkim Alyona Qluşakova danışıb.
“COVID-19 təkcə tənəffüs yollarına təsir etmir. Virusun bədəndə yayılması, qan damarları da daxil olmaqla, bədənin demək olar ki, bütün toxumalarında mövcud olan membran zülalı ilə qarşılıqlı təsir nəticəsində baş verir. Xüsusilə, COVID-19 damar divarlarının tonusunu artıra və ya iltihabi autoimmun prosesə təhrik edə bilər”, – deyə mütəxəssis vurğulayıb.
Ürək-damar sisteminin əsas orqanı ürəkdir. Fiziki güc zamanı ürək döyüntüsü və qan damarlarının divarlarında qan təzyiqi daha da artır.
Buna görə də, infeksiyadan sağalandan dərhal sonra idman salonuna getməməlisiniz.
“COVID-19-un özü miokardit, miokard infarktı, ürək ritminin pozulması və ya ürək çatışmazlığı kimi fəsadlara səbəb ola bilər. Tromboz riski COVID-19-dan sonra 3-6 dəfə artır. Koronavirus infeksiyası zamanı və ondan sonra qan damarları və ürək çox yüksək gərginlik altında olur və bu, fiziki məşqlərlə ağırlaşmamalıdır”, – deyə həkim izah edib.