Çinin Syaoqan şəhərinin sakini ona lazım olan dərmanları vermədikləri üçün həkimlərin üstünə qəsdən öskürüb.
“AsiaOne” xəbər agentliyinin məlumatına əsasən, adam 2019-nCoV koronavirus epidemiyasının baş qaldırdığı qonşu Uxanda olub. Səfərdən sonra onun səhhəti pisləşib. Çinlinin temperaturu 39 dərəcəyədək yüksəlib və dörd gün ərzində düşməyib.
O, Syaoqan Mərkəzi Xəstəxanasına müraciət edib, lakin tövsiyə edilən müalicənin təsiri olmayıb. Çinli təkrar müayinə üçün başqa bir xəstəxanaya yollanıb. Resept üzrə dərman almağa çalışdıqda isə ona bitdiyi deyilib. Bundan sonra o, üzündəki qoruyucu maskasını çıxarıb həkimlərin üstünə öskürüb. Nəticədə ərazi dezinfeksiya edilib.
Bir qədər sonra çinli polis tərəfindən saxlanılıb. Lakin məlum olub ki, xəstə sadəcə adi soyuqdəymədən əziyyət çəkirmiş.
Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 258 nəfərə, yoluxanların sayı ilə 11,1 min nəfərə çatıb.
Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.
1月27日,#湖北省孝感市妇幼保健院 内一名男子,高烧4天来医院看 #发热门诊。因医院没有药,便摘下口罩故意对着医院工作人员咳嗽。医院回应称,目前警方已介入调查,两名工作人员经过检查后未发现异常。 pic.twitter.com/zmp6908lgf
— RFA 自由亞洲粵語 (@RfaCantonese) January 28, 2020