Koronavirusdan sağalmanı sürətləndirən dərmanın adı açıqlandı

0
393

İnterferon”un qəbulu koronavirusa yoluxmuş şəxslərin sağalmasını sürətləndirir.

Bu barədə beynəlxalq tədqiqatçılar  məqalələrində bildiriblər.

Tibb işçiləri 77 yetkin pasiyentin müalicəsi üçün “İnterferon-a2b” və “Arbidol”dan istifadə ediblər. Xəstələr gün ərzində 5 milliqram “İnterferon-a2b”, ya gündə üç dəfə 200 milliqram “Arbidol”, yaxud hər iki preparatın kombinasiyasını qəbul ediblər. Yekunda “Arbidol”la birlikdə, yaxud ayrılıqda istifadəsindən asılı olmayaraq, “İnterferon” qəbul edən pasiyentlərin yeddi gün daha tez sağaldığı məlum olub.

İddia olunur ki, “İnterferon-a2b” yuxarı tənəffüs yollarında müəyyən edilən SARS-CoV-2 hissəciklərinin sayını əhəmiyyətli dərəcədə azaldır.

İlkin məlumatlara görə, sözügedən preparat cinsindən, yaşından və xroniki xəstəliklərindən asılı olmayaraq, bütün pasiyentlərdə stabil effekt nümayiş etdirib.