Misirli modelyer Samo Hejres dünyanı təsiri altına alan və minlərlə insanın həyatını itirdiyi koronavirusdan qoruyan bir gəlinlik hazırlayıb.
Sözügedən modelyer toy məkanına gələn onlarla insanı nəzarət altında saxlamanın mümkün olmadığı fikrindən yola çıxaraq bu cür bir gəlinlik hazırlamaq qərarına gəldiyini deyib.
Hejres gəlinliyə uyğun gələn ağız maskasının 2020 kolleksiyasına uyğun şəkildə hazırlamağın cəmi üç saatını aldığını deyib. Gəlinlik maskasından sonra fərqli rənglərdə maska tələbləri aldığını söyləyən misirli modelyer bu sayədə qonaqlıq maskaları da hazırlamağa başlayıb.
Hejresin hazırladığı maskaların qiyməti isə üzərindəki naxışa bağlı olaraq 1000 ilə 1500 Misir lirəsi arasında dəyişir.