Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.
Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən “Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?” başlıqlı sosial çarx hazırlayıb.
Qeyd edək ki, bundan başqa, “Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?”, “Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?”, “Yaşlıları koronavirusdan qoruyaq!” və digər mövzularda məlumatlandırma xarakterli çarxlar da hazırlanır.