Koronavirusdan ölüm və nəbz arasında əlaqə müəyyən olunub

0
293

COVID-19 ilə xəstəxanaya yerləşdirilən xəstələrdə arteriyalarda nəbz dalğasının yayılma sürətinin yüksək olması, daha yüksək ölüm riskinin göstəricisi ola bilər.

Britaniyadan və İtaliyadan olan bir qrup alim tərəfindən  aparılan araşdırmada bu məlum olub.

Tədqiqatlara görə, nəbz dalğasının sürəti 13 m/s -dən yüksək olduqda ölüm ehtimalının artdığı düşünülür. Gənc və orta yaşlı insanlar üçün nisbətin normal olaraq 5.5-8 m/s olduğu düşünülür. Yaş keçdikcə damar divarlarının elastikliyi azalır və nəbz dalğasının sürəti artır.

Elm adamları koronavirus xəstələrinin nəticələrini proqnozlaşdırmaq üçün bu göstəricidən istifadə etdilər.

Məlum olub ki, yoluxmuş şəxsdə nəbz dalğasının sürəti sağlamlara nisbətən orta hesabla 1,89 m/s daha yüksəkdir. Koronavirusdan ölənlərin göstəriciləri  isə xəstəlikdən sonra sağ qalanlardan daha yüksək 1.89 m/s yüksək olub. Elm adamlarına görə, nəbz dalğasının sürətinin 1 m/s artması ölüm ehtimalını 14% artırır.

Araşdırmada o da məlum olub ki, nəbz dalğasının sürəti koronavirusun səbəb olduğu kəskin iltihab vəziyyətində də yüksəlir.