Koronavirusdan ölənlərin meyitlərində gözlənilməz dəyişikliklər

0
1697

Koronavirus ürək əzələlərinə, düşünüldüyü kimi, tipik zərər (miokardit) vurmur, əksinə, sözügedən orqana fərqli təsir göstərir.

ABŞ-ın Yeni Orlean şəhərindəki LSU Sağlamlıq Universitetinin patoloqları tərəfindən edilən bir sıra ekspertizalar bu qənaətə gəlinməsinə səbəb olub.

Onlar koronavirusun ürək əzələlərində fərdi hüceyrələrin ölümünə səbəb olduğunu təsbit edib.