“Karantin rejimi öz nəticəsini verir”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, yoluxma sayı nisbətən stabilləşib:
“Bu gün qapanma sayəsində yoluxma sayı stabildir. Bu nəticələr ikiqat arta da bilərdi. Amma bu gün onu görmürük. Bu da bizim xəstələri müalicə etməyimizə imkan verir”.