Koronavirusa yoluxan Xarkov meri nitq qabiliyyətini itirdi

0
388

Xarkov meri Gennadi Kernes koronavirusa yoluxduqdan sonra nitq qabiliyyətini itirib.

Bu barədə onun vəkili Anatoli Rodzinski xəbər verib.

O bildirib ki, buna şəhər rəhbərinin insult keçirməsi səbəb olub.

“İnsulta görə – insult isə beyinə qan sızmasıdır, o beyin zədələnməsi səbəbindən danışa bilmir, yəni nitq qabiliyyətini itirib”, – deyə Kernesin nümayəndəsi bildirib.

Vəkil vurğulayıb ki, hazırda beyin zədəsi olan insanın nə dərəcədə aydın düşünə biləcəyi ilə bağlı şübhələr yaranıb.

Bununla belə, ukraynalı merin həyati təhlükəsinin olmadığı qeyd edilib.

Qeyd edək ki, sentyabrın 17-də ukraynalı mer COVID-19-a yoluxma nəticəsində ikitərəfli sətəlcəm diaqnozu ilə Almaniyaya “Charite” klinikasına yerləşdirilib.