Koronavirusa yoluxan Xalq artistindən XƏBƏR VAR

0
321

“Koronavirusa yoluxan Azərbaycanın Xalq artisti Eldost Bayramın müalicə aldığı xəstəxana dəyişdirilib”.

Bu barədə açıqlamasında həyat yoldaşı Minarə Bayram bildirib.

Onun sözlərinə görə, Xalq artisti koronavirusdan sağaldığı üçün həkimlər onun Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasından köçürülməsinə qərar veriblər:

“Eldost Bayram Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda sinir xəstəlikləri ilə bağlı orada müalicə alır”.

Qeyd edək ki, Eldost Bayram noyabrın 12-də koronavirus diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin modul tipli hospitalına yerləşdirilib.

Onu da qeyd edək ki, İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov 6 saylı şəhər xəstəxanasında Eldost Bayramla görüşərək onun səhhəti ilə yaxından tanış olmuşdur.
Rasim Məmmədovun həkimlərlə söhbəti zamanı Eldost Bayramovun vəziyyətinin orta-ağır olaraq qaldığı məlum olmuşdur.
“11 dekabr səhər saatlarında 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında oldum. Baş direktorla və həkimlərlə söhbətim zamanı Eldost Bayramın müalicəsinin intensivliyinin şahidi oldum” söyləyən Rasim Məmmədov Eldost Bayramovın hamımızın dualarına ehtiyacı olduğunu bildirmişdir.

“İctimaixeber.az”