Honkonqda koronavirusa yoluxan ilk it canını tapşırıb.
“Daily Mail” xəbər verir ki, it ötən ay xəstəliyə yoluxmuşdu. Martın 13-ü it xəstəlikdən sağalaraq evə buraxılıb.
Lakin martın 16-ı it gözlənilmədən ölüb. Qeyd etmək lazımdır ki, itin sahibi ölüm səbəbini müəyyən etmək üçün autopsiya keçirilməsindən imtina edib.