Çinin Uxan şəhərindən İtaliyaya turla gələn çinli ər-arvad bu ölkəni demək olar ki, hər yerinə səyahət ediblər.
“Daily Mail”in xəbərinə görə, 65 yaşlı qadın və 66 yaşlı əri Milan, Verona, Parma və Roma şəhərlərində olublar.
Roma şəhərində vəziyyətləri pisləşən həmin şəxslər qaldıqları oteldən paytaxt xəstəxanasına yerləşdiriliblər.
Tibb işçiləri onlarda kokonavirus aşkarlayıb və karantinə alıblar.
Turda iştirak edən digər 18 turist də tibbi nəzarətə götürülüb. Hazırda ər və arvadın vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki, ötən ilin sonlarında Çinin Uxan şəhərində aşkar edilən koronavirus hazırda dünyanın bir çox ölkələrinə yayılıb.