“Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Mədəniyyət naziri Anar Kərimovun səhhəti yaxşılığa doğru gedir”.
Bu barədə açıqlamasında Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafar-zadə məlumat verib.
Onun sözlərinə görə, nazir aprelin 16-dan koronavirus xəstəliyindən müalicə alır:
“Vəziyyəti stabildir, gələn həftə karantin müddəti bitir. Hər şey yaxşı olsa, nazir öz vəzifəsinin icrasını davam etdirəcək”.
Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur.