Koronavirusa təkrar yoluxma ilə bağlı XƏBƏRDARLIQ

0
420

“Ötən ilin sonundan Çində ortaya çıxan yeni növ koronavirus bütün dünyada yayılaraq pandemiyaya çevrildi. Xəstəliyə qarşı mübarizə artıq bir-iki ölkənin deyil, bütün ölkələrin birgə mübarizə çərçivəsində baş verə bilər”. 

Bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, virus yenidir və müalicəsi üçün lazım olan dərmanlar da azdır: 

“Hələlik COVID-19-a qarşı spesifik dərman preparatı yoxdur. Ən qısa zamanda dünyanın müxtəlif laboratoriyalarında vaksin hazırlıqlarına başlanıldı. Hazırda 11 vaksin üzrə işlər gedir, amma dövriyyəyə buraxılan vaksin yoxdur.

Vaksin olsa belə, onların effektivliyi də şübhə altındadır. Koronavirusa yoluxmuş şəxslərdə anticismlər dörd-beş ay olur və şəxs yenidən yoluxa bilər”. 

Direktor bildirib ki, koronavirusa yoluxmadan qorunmaq üçün insanlar gigiyenik qaydalara riayət etməlidir.