Koronavirusa qarşı peyvəndin effektivliyini artırma yolları

0
325

Rusiyada Qamaleya Milli Mərkəzinin direktoru Aleksandr Qintsbuq koronavirusa qarşı peyvəndin effektivliyinin necə artırılacağını izah edib.

Qintsburqun sözlərinə görə, vaksinasiyadan sonra fiziki olaraq özünüzü həddindən artıq yükləməməlisiniz.

Mütəxəssis mütəmadi olaraq dözümlülük tələb edən idman növləri ilə məşğul olanlar üçün yükü bir yarımdan iki dəfəyə qədər azaltmağı və özlərini yormamağı tövsiyə edir. Çünki uzun müddət davam edən fiziki fəaliyyət anticismin əmələ gəlməsi üçün lazım olan zülalın sintezini çətinləşdirir.

O, anticismlərin meydana gəlməsinin enerji tələb etdiyini bildirib, buna görə kifayət qədər qlükoza və şəkərin olduğu yaxşı qida qəbul etmək lazımdır.

Eyni zamanda, vaksinasiya dövründə pis vərdişlərdən imtina etməyə və zehni sağlamlıq vəziyyətinizi nəzərə almağa dəyər, çünki depresiv epizodlar anticismlərin normal istehsalına mane olur.