Koronavirusa qarşı inqilabi kəşf: 3 ay effektivliyi var

0
429

Honkonq Elm və Texnologiya Universiteti koronavirusla mübarizəyə qarşı aparılan işlər çərçivəsində yeni dezinfeksiya maddəsi ərsəyə gətirib.

Bu maddənin virus və bakteriyalara qarşı 90 gün effektiv olduğu bildirilir.

Yeniliyə imza atan elm adamları dezinfeksiya maddəsinin şüşə, metal, plastik və parça kimi müxtəlif səthlərdə işə yarayacağını, insan orqanizmi üçün uyğun olmadığını qeyd edib.

MAP-1” adı verilən mikrob əleyhinə örtük spirt və ya ağardıcı tərkibli digər ənənəvi dezinfeksiyalar ilə müqayisədə mayenin buxarlaşması səbəbilə yaşanan itkiyə daha uzun müddət tab gətirir.

Universitet gələn aydan etibarən maddənin satışa çıxarılacağını bildirir.