Koronavirusa qarşı damcı şəklində peyvənd hazırlanılır

0
339

Rusiyada koronavirusa qarşı damcı şəklində peyvənd hazırlanacaq.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq xəbər yayıb.

Onun sözlərinə görə, preparat 2021-ci ilin sonlarında və ya 2022-ci ilin əvvəllərində yaradıla bilər.

“Ümid edirəm, lakin zəmanət vermirəm”, – deyə Qinzburq vurğulayıb.

Qeyd edək ki, tibb elmləri doktoru aprel ayının əvvəlində Mərkəzdə burun damcısı şəklində peyvəndin kliniki sınaqlarının başladığını bildirmişdi.