
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 510 mindən çox artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.ƏTRAFLIAura – sadəcə kağ
Məlumata əsasən, ötən sutka ərzində 510 365 nəfər yeni koronavirusa yoluxub, 10 173 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 130 422 190, ölənlərin isə 2 842 135 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.