Koronavirusa görə təxirə salınan daxili uçuşlar bu gündən bərpa edilir

0
288

Bu gündən “Azərbaycan Hava Yolları” daxili reyslərin yerinə yetirilməsinə başlayır.

İlk daxili uçuş Naxçıvan Muxtar Respublikasına heyata keçiriləcək.

Bu gün iki reys həyata keçiriləcək – Bakıdan uçuş saat 12:00 və 15:00-da, Naxçıvandan uçuş isə saat 14:10 və 17:00-da baş tutacaq.

Ölkə ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili reyslərindən istifadə edən sərnişinlərdən COVID-19 testinin verilməsi tələb olunur.

Tibb müəssisəsinə müraciət edən vətəndaş şəxsiyyət vəsiqəsini və uçuş biletini mütləq şəkildə qeydiyyatçıya təqdim etməlidir. Sərnişinlərdən tələb olunan COVID-19 testi ödənişsizdir.