Koronavirusa görə ölkəyə gətirilən həkimlər burada qala bilərlər – RƏSMİ

0
401

“REACT-C19 layihəsi çərçivəsində ölkəyə gətirilən 19 həkim dövlət hesabına xaricdə təhsil almış və orada fəaliyyətini davam etdirən mütəxəssislərdir”.

Bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr departamentinin sədri, deputat Soltan Məmmədov bildirib.

S.Məmmədov qeyd edib ki, onlar ölkəyə dönüb həkimlərimizlə fikirlərini bölüşürlər:

“Dövlətin dəstəyi, eləcə də öz hesabına təhsil almış peşəkar həkimlərin ölkəyə qaytarılması bu gün də gündəmdədir. Bu təşəbbüs Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə bizə çatdırıldıqdan sonra ÜST-lə birlikdə layihənin icrasına başladıq. Bu təcrübə həm ÜST, həm də bizim tərəfimizdən başqa ölkələrlə bölüşdürülür. Layihənin iyunun sonunda açıqlanacaq nəticələri bir sıra ölkələr üçün təcrübə ola bilər”.