“Koronavirus yoxdur” deyib müqəddəs yerlərin dəmirlərini yalayan jurnalist öldü – VİDEO

0
388

İranda epidemiyaya inanmayan və reklam xatirinə müqəddəs yerləri yalayan jurnalist koronavirusdan ölüb.

Bu barədə Kp.ru məlumat yayıb.

Pandemiya insanları üç düşərgəyə bölüb: vəziyyəti ayıq başla dərk edənlər, vəziyyəti şişirdən və həddən artıq əhəmiyyətsiz qəbul edənlər. Sonuncuların sayı durmadan artır, çünki “sui-qəsd” nəzəriyyəsi tərəfdarları arasında jurnalistlər də var.

Məsələn, İranda KİV nümayəndələri koronavirusun olmadığını sübut etmək üçün müqəddəs yerləri yalayıb, hakimiyyətin təşvişə qapılanları sakitləşdirmək üçün addım atmalı olduğunu qeyd etməklə, maska taxmaqdan birmənalı şəkildə imtina edib.

Bu cür eksperimentlərdə jurnalist Həmid Cəlali Kaşane də iştirak edib. O, hakimiyyəti seçkilərin nəticəsinə təsir göstərmək üçün bilərəkdən insanları koronavirusla qorxutmaqda ittiham edib. Hətta etiraf edib ki, özü də reklam xatirinə yoluxmağa razıdır. Jurnalist bu sözləri yüksək temperatura görə xəstəxanada olduğu vaxt söyləyib.

“Budur, qripə görə xəstəxanaya düşdüm. Bunun koronavirus olmasını istərdim. Gülmək və reklam etmək olardı”, – fevralın 21-də jurnalist “Twitter” hesabında yazıb.

Lakin bu, həqiqətən, koronavirus olub, Kaşane fevralın 29-da ölüb. Onun ölümünü YJC agentliyi də təsdiqləyib.