Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

0
345

19 və 20 avqust tarixlərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində altı nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.