Koronavirus vaksinini sınaqdan keçirən “Putinin qızı” danışdı – VİDEO

0
762

“CNBC Arabia” telekanalı koronavirus peyvəndini sınaqdan keçirən gənc xanımın Rusiya Prezidenti Vladimir Putinin qızı olduğu barədə məlumat yayıb.

“Rusiya prezidentinin qızı Vladimir Putinin bütün dünyada ilk peyvənd olaraq elan etdiyi vaksini vurdurur”, – deyə koronavirus peyvəndinin tədqiqatları barədə videonun şərhində bildirilib.

Qeyd edək ki, videoda sözügedən qız – Natalya Vasiyarova sadəcə könüllüdür. O, RF Hərbi Tibb Akademiyasının kursantıdır.

“Ruptly”nin məlumatına görə, Natalya özünün Putinin qızı kimi təqdim olunmasından təəccübləndiyini bildirib və “CNBC” kanalına informasiyanı diqqətlə araşdırdıqdan sonra təqdim etməsi barədə tövsiyə verib.

O da bildirilir ki, “CNBC” artıq həmin paylaşımını silib.