Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müayinəsi üçün xəstəxanaya 29 nəfər daxil olub. Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.
Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilmişdir. Hazırda ümumilikdə 52 nəfərdən 2-sinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.
Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.