Koronavirus səbəbindən İtaliyanın Venesiya şəhərində ətraf mühit yaxşılaşmağa başlayıb.
“İnterfaks” xəbər verir ki, turistlərin sayının kəskin azalması səbəbindən şəhərin məşhur kanallarında sular durulmağa başlayıb.
Qeyd etmək lazımdır ki, hal-hazırda kanallarda ACTV avtobuslarına və xidməti nəqliyyatlara hərəkət etməyə icazə verilir.