Koronavirus peyvəndi alkoqolizmdən, narkotik asılılığından əziyyət çəkən və ya sitostatik dərman qəbul edən insanların orqanizminə yaxşı təsir göstərməyəcək.
Bu barədə Qamaleya mərkəzinin direktoru Aleksandr Qintsburq söyləyib. Alim hansı həcmdə alkoqolun immun sisteminin fəaliyyətini boğmağa başladığını da açıqlayıb. Qintsburqa görə, bu, qandakı 1% alkoqoldur.
“Əvvəllər bunun gündə 1,5 stəkan araq olduğunu düşünürdüm. Ancaq belə bir həcmin hüceyrələrə zəhərli təsirinin olduğu ortaya çıxdı. Etil spirtinin bu səviyyəsində immun sisteminin hüceyrələri bölünməyi dayandırır”, – Qintsburq “İzvestiya” qəzetinə verdiyi müsahibədə bildirib.
Sitostatik dərmanlar isə müalicənin aktiv mərhələsində olan xərçəng xəstələri tərəfindən qəbul olunur. Bu cür dərmanlar immunitet yaradanlar da daxil olmaqla, xərçəng hüceyrələrinin və digərlərinin bölünməsini əngəlləyir.