ABŞ-ın “Science” dərgisində yayımlanan bir araşdırmada yeni tip koronavirusun sürətlə yayılma səbəbi ortaya qoyulub.
Araşdırmaya əsasən, COVİD-19 daşıyıcılarının 86%-nin xəbəri olmadan toplumda gəzdiyi və “gizli” adlandırılan bu xəstələrin epidemiyanı alovlandırdığı bildirilib.
Çində səyahətlə bağlı məhdudiyyət tətbiq edilmədən əvvəl hər 7 xəstədən 6-nın xəbəri olmadan virusun yayılmasını təhrik etdiyinə diqqət çəkilib.
Kompüter modelləşdirməsindən istifadə edərək Uhan şəhərindən başlayaraq dünyaya yayılan pandemiyanın izlərini təqib edən araşdırmaçılar az simptom göstərən və ya heç göstərməyən gizli virus daşıyıcılarının xəstəliyi bu günə qədər müəyyən edilən xəstələrin üçdən-ikisinə keçirdiklərini üzə çıxarıb.
Hesabatın yazarlarından olan Kolumbiya Universitetinin üzvü Ceffri Şaman koronavirusun bu qədər geniş yayılmasını təmin edən faktın insanların soyuqdəymə ilə COVİD-19-u səhv salmaları olduğunu bildirib.