Koronavirus keçsə belə, bu simptomlar aylarla qala bilir

0
318

Koronavirus 2-3 həftədən sonra tamamilə yox olur. Lakin uzunmüddətli COVİD-19 sindromunda vəziyyət fərqlidir. Nevroloq, həkim Ece Balkuv COVİD-19 ilə bağlı nevroloji problemlərdən danışıb. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, qoxu və dad pozğunluqları ən çox rast gəlinən erkən nevroloji əlamətlərdir. Qoxu və dadın pozulması COVİD-19 infeksiyası üçün tipik və geniş tanınan simptomlardır. Baş ağrısı və başgicəllənmə isə hər 6-7 xəstədən birində müşahidə olunur. Daha az tez-tez serebrovaskulyar xəstəliklər və epileptik tutmalar da müşahidə edilə bilər. Mənim izlədiyim 2 belə hal olub. Xəstələr bizə epilepsiya ilə də müraciət ediblər. Müayinələr zamanı COVID-19-u müəyyən etmişik. Bu, çox narahatedicidir, çünki koronavirus zamanı tənəffüs yolu ilə yoluxan xəstəliklər yüngül ola bilər, lakin beynin tutulması insult yarada biləcək xəstəliklər ağır simptomlardır. 

Baş ağrısı, başgicəllənmə, qoxu və dadın itməsi kimi ümumi şikayətlər adətən xəstəliyin şiddətinin azalması ilə yox olur. Ancaq daha çox qarşılaşdığımız “post-COVİD sindromu” reallığı var.  Koronavirusdan sağaldıqdan sonra 12-ci həftə və sonrasında simptomların davam etməsini “post-COVİD sindromu” adlandırırıq. Bu vəziyyətdə bəzi insanlar koronavirusdan sağalsa da baş ağrısı, yuxusuzluq, narahatlıq, dad və qoxu itkisi kimi nevroloji şikayətlər davam edir. 100 xəstədən təxminən 10-da uzun müddət COVID-19 müəyyən olunur.