Koronavirus keçirməyən avtomobil istehsal ediləcək

0
411
Çinli avtomobil şirkəti “Geely”koronavirusla mübarizə çərçivəsində insanları virusdan qoruyacaq avtomobil istehsal edəcəyini açıqlayıb. 
 
Şirkətin açıqlamasında “Hazırlayacağımız avtomobil koronavirusla mübarizə apararaq havanı təmizləyəcək və virusları uzaqlaşdıracaq. Sağlam və ağıllı avtomobillər inkişaf etdirmək üçün 370 milyon yuan (təxminən 53 milyon dollar) sərf etdik” söylənilib.