Koronavirus dövrünün idman prinsipləri ilə ilk çempionu müəyyənləşdi

0
377

Futbol üzrə Nikaraqua klausurasına yekun vurulub.

Çempion adını “Real Esteli” qazanıb. Bu komanda finalda “Manaqua”nı iki oyunun yekununda üstələyib – 1:1, 3:1.

Beləliklə, “Real Esteli” koronavirus pandemiyası dövründə idman prinsipləri əsasında müəyyənləşən ilk çempion olub. Bu, klub tarixində 15-ci çempionluqdur.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən əksər ölkələrin çempionatları dayandırılıb.