Koronavirus bu şəxslərə yoluxmur

0
378

“Məlumatlara görə, virusun bu ştammı irqindən və sosial vəziyyətindən asılı olmayaraq, 35-50 yaşlarında olan kişilər üçün daha böyük təhlükə yaradır – məhz onlar ölənlər və yoluxanlar arasında mütləq əksəriyyəti təşkil edir. Uşaqlar və hamilə qadınlar isə demək olar ki, yoluxmurlar”, – deyə nəşrin müsahibi bildirib.

Qeyd edək ki, son məlumatlara görə, dəhşətli virusdan 132 nəfər həlak olub. Bundan başqa, 4500-dən artıq insan xəstəliyə yoluxub.

Virusun insandan insana ötürüldüyü bildirilir. Yanvarın 28-də isə Çinin Səhiyyə qurumunun nümayəndəsi dəriyə təmasla da yoluxma ola biləcəyini açıqlamışdı.

“Əgər virus əllərin dərisinə düşərsə və bu vaxt gözlərinizi təsadüfən ovuşdurursanız, virus yoluxması baş verə bilər”, – deyə o, bildirmişdi.

Bundan başqa, Çində koronavirusun yayılmasının pik həddinin 7-10 gündən sonra baş verəcəyi proqnozlaşdırılıb.