Koronavirus mövsümi xəstəlik halına gəldikdən sonra insanları tərk edəcək və daşıyıcı olaraq hər hansı növ heyvan seçəcək.
Bu barədə rusiyalı immunoloq, təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov danışıb.
“Koronavirus yeni təbii lokal infeksiyaya çevriləcək. İmmunitet səviyyəsi 70 faizə çatdıqda virus təbiətə qarışacaq və bir heyvanı özünə sahib seçəcək. İnsanları tərk edəcək. Yeni nəsil insanlarda kütləvi immunitet olmayanda mutasiya edib geri dönə bilər”, – infeksionist “Ura.ru”ya açıqlamasında bildirib.
Virusoloq Sergey Netyosov isə qeyd edib ki, bunun reallaşması üçün bəşəriyyətin ən azı 70 faizi xəstəliyə qarşı immunitetə sahib olmalıdır və biz hələ bu rəqəmdən çox uzaqdayıq : “Kütləvi immunitetin dünyada ən azı 25 faizi keçdiyi təxminən 20 ölkə var. Dünyanın ciddi rəqəmə çatması üçün aylar lazımdır”.
Qeyd edək ki, dünya üzrə vaksinasiya göstəricisi 1 milyardı ötüb.