Koronavirus pandemiyası səbəbindən Azərbaycanda cari ilin yanvar-may aylarında ödənişli xidmətlərin həcmində azalma müşahidə olunub.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilir ki, ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində cari ilin mart, aprel və may aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş qadağalarla əlaqədar əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir cari ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azalaraq 2 milyard 858,8 milyon manat olub.
Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 137,0 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 74,8 faizini təşkil edib.