Koronavirus 150 milyon insanı yoxsulluq riski ilə qarşı-qarşıya qoyub

0
321

Dünyada gələn ilə qədər 150 milyon insan yenidən yoxsulluq həddindən aşağı səviyyədə yaşaya bilər.Bunu Dünya Bankının rəhbəri Devid Malpass deyib.

Onun sözlərinə görə, COVID-19 infeksiyası yoxsulluğa qarşı əldə edilən bəzi uğurları puç edib.

Dünya Bankının rəhbəri əlavə edib ki, koronavirus infeksiyası ən kasıb ölkələrdə borc böhranına təkan verə bilər:

“Bəzi ölkələrin aldıqları borcu ödəyə bilmədikləri aşkardır. Buna görə də borc səviyyəsini aşağı endirməliyik. Buna borcun qaytarılmasının müddətini təxirə salmaq və ya ləğv etmək də demək olar”.