İtaliyada koronavirusa yoluxanlar və ölənlərlə bağlı hesabat hazırlanıb.
Hesabatda ölüm nisbəti, yoluxanların yaşı, yoluxma səbəbləri və digər məqamlar öz əksini tapıb.
Məlumata görə, ölkədə koronavirusa yoluxanların 55,7%-i kişidir.
Ölkədə koronavirusdan ölüm nisbəti artıb və 10,6-ya çatıb.
Koronavirusdan ölən 10 min 26 nəfərin 95%-nin yaşı 60-dan çoxdur. Cəmi 0,02% isə 20-29 yaş arasında olan şəxslərdir.
Xəstəlikdən sağalmanın ən az olduğu ehtimal 80 və daha artıq yaşda olan insanlardır.
Koronavirusdan dünyasını dəyişənlərdən 73,5%-də hipertansiyon qeydə alınıb. Diabet və ürək çatışmazlığından əziyyət çəkənlər də xəstəliyin əsas qurbanları hesab olunurlar.
Ölənlərin arasında hər hansı xəstəliyi olmayanlar 2,1% təşkil edir.