Korona peyvəndinin kütləvi tətbiqi bu tarixdə olacaq

0
440

Rusiya və digər ölkələrdə kütləvi şəkildə COVİD-19 əleyhinə peyvəndin tətbiqinə 2021-ci ilin əvvəlində başlana bilər.Bu açıqlama ilə Rusiya Elmlər Akademiyasının rektoru Aleksandr Sergeyev çıxış edib.

“Risk qrupunu, “qırmızı” bölgədə çalışan həkimləri qorumaq üçün daha sürətli hərəkət etmək mümkündür. Ancaq kütləvi peyvənd üçün yüz milyonlarla vaksin hazırlamaq uzun müddət tələb edir. Əgər hər şey böyük şirkətlərin planlaşdırdığı kimi davam edərsə, kütləvi şəkildə peyvəndin tətbiqinə başlanılacaq”, – A.Sergeyev qeyd edib.

Sergeyevin sözlərinə görə, peyvəndin hazırlanma prosesi uzundur və bir xəstə üzərində 6 ay test aparılır ki, həqiqətən effekti olur, ya yox:

“Klinik testlər uzun müddət aparılmalıdır. 6 ay boyunca peyvənddəki antikorlarda dəyişikliklərin izlənməsi vacibdir”.