Koronavirus pandemiyası əbədi olaraq bizimlə qalacaq.
Bu barədə ingiltərəli professor Ser Mark Uolport deyib. O bildirib ki, virusdan qorunmaq üçün insanların mütəmadi olaraq peyvənd edilməsinə ehtiyac yaranacaq:
“Bu virus bizimlə əbədi qalacaq və o, təkrar peyvənd tələb edəcək. Yəni bir az qrip kimi. Buna görə, insanların mütəmadi olaraq fasilələrlə yenidən peyvənd edilməsinə ehtiyac olacaq”.