Köpəkbalığı fotosunu çəkməyə çalışan qadının hər iki qolunu yedi

0
32

Karib dənizində dəhşətli hadisə baş verib.

Köpəkbalığının fotosunu çəkməyə çalışan turist hər iki qolunu itirb.

Kanadalı cütlük Törks və Kaykos adasında tətildə olub. Fevralın 7-də, səhər saatlarında çimərliyə yollanan cütlük çimərkən iki metrlik köpəkbalığı ilə qarşılaşıb. 55 yaşlı Natali Ross yırtıcının şəklini çəkməyə çalışıb, lakin hücuma məruz qalıb. Onun əri köpəkbalığını uzaqlaşdırmağı bacarıb. Qadın sahilə çıxarılaraq tibb məntəqəsinə aparılıb. O, artıq Kanadaya qayıdıb və müalicəsini orada davam etdirir.

Baş verən hadisə səbəbilə “Thompson Cove” çimərliyinin iki gün bağlı qaldığı məlum olub.