Könüllüdə ciddi əks-təsir göstərən COVID-19 peyvəndinin sınaqları dayandırıldı

0
606

İsveç-Britaniya şirkəti “AstraZeneca” öz təşəbbüsü ilə koronavirusa qarşı ən perspektivli dərmanlardan “biri olan AZD1222 Oxford” peyvəndinin klinik sınaqlarının sonuncu, 3-cü mərhələsini dayandırıb.

Onun sözlərinə görə, Britaniyada könüllülərdən birində ciddi əks-təsir özünü biruzə verib.

“Bu, potensial səbəbi açıqlanmayan xəstəlik aşkar edərkən tətbiq edilən sadə prosedurdur” – deyə şirkətdən bildirilib.

“AstraZeneca” əks-təsirin xarakterini hələ müəyyənləşdirməyib. Peyvəndləmədə fasilənin nə qədər davam edəcəyi məlum deyil.

Peyvəndin klinik mərhələsində müxtəlif ölkələrdən 20 min insan iştirak edib. 30 min nəfərin isə ABŞ-dan qoşulacağı qeyd edilir