Konqresin Kiyevə dəstəyi gözlənilən əks-hücumun nəticələrindən asılı olacaq

0
215

Ukrayna ordusunun may ayında gözlənilən əks-hücumu uğursuzluqla nəticələnərsə, ABŞ Konqresi Kiyevi dəstəkləməkdən imtina edə bilər.

ABŞ-də dərc edilən “The Wall Street Journal” bu barədə Ağ Evdəki rəsmilərə istinadən xəbər verib.

Yazıda qeyd olunur ki, Konqresin bu addımı öz növbəsində Co Bayden administrasiyasının imkanlarını məhdudlaşdıra bilər.

“Hücumun uğurlu olması çox vacibdir. Müharibənin sonsuz dalana dirəndiyi üzə çıxarsa, bunu Amerika ictimaiyyətinə qəbul etdirmək və siyasi nöqteyi-cəhətdən əsaslandırmaq çətin olacaq”, – deyə məqalədə vurğulanır.

Qeyd edək ki, mütəxəssislərin hesablamalarına görə, Rusiyanın 2022-ci ilin fevraldan Ukraynanın işğalına başlamasından sonra ABŞ-nin Kiyevə təkcə hərbi yardımlarının həcmi 30 milyard dollara yaxındır.