“Konkret fakt verən yoxdur, polis münəccimlik etməlidir?” – DİN

0
431

“Konkret fakt verən yoxdur. Danışırlar, yazırlar ki məktəbdə “patı” var, patı satırlar. Polis münəccimlik etməlidir? Faktsız olan bütün iddialar əsassızdır”.

Bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Məktəbi, təhsili, müəllimi qorumaq hər bir vətəndaşın təməl vəzifəsidir”, – polis mayoru əlavə edib.