Kondisioner ağır xəstəliyə səbəb olur: Təhlükəli bakteriya yayır

0
92

Havaların günü-gündən isinməsi kondisioner istifadəsini artırır. Bu isə insan sağlamlığında ciddi problemlərin yaranmasına səbəb olur. 

Mütəxəssislər bununla bağlı ciddi xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, kondisioner vasitəsilə yoluxan xəstəlik çox təhlükəlidir:

“Kondisioner xəstəliyi “Legionelle Pneumophilia” adlı bakteriyanın yaratdığı pnevmoniyadır. Bu bakteriya filtrdə çoxalır. Kondisioner müvafiq temperaturda saxlanıldığı zaman havaya bu bakteriyalar buraxılır. Xəstəliyə əsasən hotel və xəstəxanalarda tez-tez rast gəlinir. Bədən müqaviməti aşağı olan insanlarda xəstəlik daha tez yayılır. Diabet xəstələri, alkoqoliklər, kimyaterapiya, xroniki böyrək və ağciyər xəstəlikləri olan insanlarda bu xəstəliyə daha çox rast gəlinir. Düzgün təmizlənməyən kondisionerlərdə böyüyə bilən kif göbələkləri allergik və astmaya səbəb olur”.