Kommunal problemlərə baxılması ilə bağlı YENİLİK

0
331

“ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərar “ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərarda vətəndaşların kommunal, yol, nəqliyyat problemləri və ictimai əhəmiyyət kəsb edən digər məsələlər üzrə nəzarətin həyata keçirilməsi ilə bağlı müraciətlərini elektron xəritə üzərində qeyd olunaraq aidiyyəti dövlət qurumlarına operativ surətdə göndərilməsini təmin edən “ASAN müraciət” informasiya sisteminin formalaşdırılmasının, aparılmasının və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyanın hüquqi, təşkilati və texnoloji əsasları müəyyən edilib.

Qərarın qəbulu “ASAN müraciət” informasiya sistemi vasitəsilə yuxarıda qeyd edilmiş məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılmasında operativliyin təmin olunmasına və ictimai nəzarətin daha da təkmilləşməsinə xidmət edəcək.