“Azərbaycanda sudan istifadədə itki yüksək olaraq qalır. Suya qənaət və mövcud su ehtiyatlarından səmərəli istifadə zəruridir”.
Bunu Milli Məclisin iclasında parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
O qeyd edib ki, Səhiyyə Nazirliyindən alınan məlumata əsasən, 26 rayondan 402 su nümunəsi götürülüb.
Deputat bildirib ki, su probleminin həlli ilə bağlı ciddi islahatlar aparılmalıdır.
“Təklifimiz budur ki, əhaliyə içməli su bir qiymətə, suvarma üçün su isə başqa qiymətə satılsın. Bu da sudan istifadənin səmərəliliyinin artırılmasına şərait yaradacaq.
Hesab edirik ki, Gürcüstan və Türkiyə ilə Kürdən istifadəyə dair əməkdaşlıq edilməli və ortaq işlər görülməlidir”, – deyə Sadiq Qurbanov bildirib.