Sentyabrın 28-dən ölkədə hərbi vəziyyət elan olunduqdan sonra Bakı şəhərində son bir neçə gündür ki, polis postlarının sayı çoxaldılıb.
Yol Polisinin səlahiyyətli əməkdaşının sözlərinə görə, komendant saatı qaydalarını pozan mülki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 100 manatdan 150 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 1500 manatadək cərimə ediləcək.