Kolumbiyada sel fəlakəti nəticəsində 45 nəfər həyatını itirib.
Bu barədə ölkənin Milli Fəlakət və Riskləri İdarəetmə Birliyi məlumat verib.
Bildirilib ki, təbii fəlakət nəticəsində 23 nəfər xəsarət alıb, 3 nəfər isə itkin düşüb.ƏTRAFLINovruz Fürsəti
3 min 451 ailənin seldən zərər gördüyü, 36 min insanın isə təxliyə edildiyi qeyd edilib.
Kolumbiyanın Antioquia, Valle del Cauca, Narino, Huila və Cundinamarca əyalətləri təbii fəlakətdən ən çox zərər görən bölgələrdir.