Köləlik sistemi qayıdır: İnsan rəqəmsal qula çevriləcək – Etiraz edə bilməyəcəksiniz

0
63

Dünyanın mərkəzi bankları rəqəmsal pula keçid üçün yarışır. Bununla da, rəqəmsal pul kisələrinin bir növ “sosial nəzarət” mexanizmi kimi istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlar getdikcə artmaqdadır.

ABŞ-ın “Atlantic Council” beyin mərkəzi dünyanın 134 ölkəsinin rəqəmsal pula keçid üçün səylərini gücləndirdiyini açıqlayıb. Təşkilatın fikrincə, bu araşdırmalar bəşəriyyətin dünyada iqtisadi varlığını yenidən müəyyənləşdirəcək.

2020-ci ilin əvvəlində koronavirusun qlobal epidemiyaya çevrilməyə başladığı günlərdə Çində dünya səhnəsinə “Mərkəzi Bankın Rəqəmsal Pul kisəsi” çıxıb. Bunda məqsəd pulun əldən-ələ keçməsinin və virusların ötürülməsinin qarşısını almaq olub.

Çində bu yaxınlarda isə qüvvəyə minən “Vətəndaşlıq xalı” tətbiqi rəqəmsal pul kisələrinin bir növ “sosial nəzarət” mexanizmi kimi istifadə oluna biləcəyi ilə bağlı narahatlıqları gücləndirib.

TÜBİTAK, Dövlət Planlama Təşkilatı və TAI kimi dövlət qurumlarında elm və texnologiyanın inkişafı sahəsində çalışan türk iqtisadçı Mete Gündoğan “Haber Global Web Özel”ə müsahibəsində nəzarət mexanizmlərinin necə işlədiyini izah edib.

O, azadlıqların tamamilə məhdudlaşdırıla biləcəyi ilə bağlı xəbərdarlıq edib:

“Bu gün hər şeyin karbon dəyəri hesablana bilər. Bir müddət sonra karbon indeksi ehtiyat pulun yerini alacaq. İndiyə qədər dollara indekslənirdi. İndi bütün dünyada məqbul bir indeks yaradılacaq. Bu, karbon indeksidir. Tam sosial nəzarət rəqəmsal olaraq əldə ediləcək”.

Karbon indeksinə görə xərcləmə limitiniz olacaq. Buna etiraz edə bilməyəcəksiniz. Dövlətlərin belə bu sistemdən çıxmağa gücü olmaya bilər. Bu sayədə kimin harada yaşayacağından necə yaşayacağına qədər hər şey idarə oluna bilər. Bu cür üsullarla insanlar manipulyasiya oluna və rəqəmsal qullara çevrilə bilər”.