Kökəlmənin səbəbləri bilindi – Arıq qalmanın çarəsi budur

0
223

Həyatlarının bir dönəmində adi vaxtdan çox yediklərini anlayan insanlar, tez-tez emosional aclıq yaşadıqlarını düşünürlər. Bəs, artıq çəkidən əziyyət çəkənlərin diqqət etməli olduğu şeylər nələrdir?

Publika.az “HaberGlobal”a istinadla xəbər verir ki, dietoloq Melike Çetintaş mövzu ilə əlaqədar əhəmiyyətli məlumatlar verib.

“Hamımız həyatımızın bir nöqtəsində həmişəkindən daha çox yediyimizi fərq etmişik. Bəzilərimiz emosional aclıq keçirdiyimizi düşünərkən, bəzilərimiz depressiyaya düşdüyünü düşünə bilər”, -deyə o bildirib.

Dietoloqun sözlərinə görə, yemək yalnız fiziki olaraq ac olduğumuz zaman etdiyimiz bir davranış deyil, həm də sosial, mədəni və emosional hadisələrdən təsirlənən mürəkkəb bir davranışdır:

“Emosional aclıq yaşayan insanlar, fiziki olaraq ac olmasalar da, bir duyğu nəticəsində yemək yemək istəyirlər. Bu hiss dostla mübahisə, işdə stress, sevgilinizdən ayrılma, ailədəki problemlər kimi bir çox şey ola bilər.

Adətən, emosional aclıq hiss etdiyimiz zaman karbohidratlı qidalar qəbul edirik, çünki şəkərli və unlu qidalar serotonin dediyimiz xoşbəxtlik hormonunu ifraz etməyə imkan verir. Təbii ki, bu xoşbəxtlik yemək bitdikdən sonra yerini təəssüf hissi ilə tərk edir, əslində depressiya və ya kədərli vəziyyətdən daha kədərli bir vəziyyətə keçməyimizə səbəb olur.

Davamlı acsınızsa və yemək yemək istəyirsinizsə, bu vəziyyəti emosional aclıq kimi qələmə verirsinizsə, əvvəlcə problemin fizioloji və ya psixoloji olduğuna əmin olmalısınız. Ac olduğunuz zaman verəcəyiniz HOMA-IR testi ilə insulin müqavimətinizin olub olmadığını öyrənə bilərsiniz. Əgər HOMA-IR dəyəriniz normal diapazondadırsa, emosional aclıq hiss edə bilərsiniz”.

Çetintaş deyib ki, duyğusal aclığın həlli yemək davranışını başqa bir davranışla əvəz etməkdir:

Psixodietada da istifadə etdiyimiz bəzi üsullarla buna nail ola bilərik. Şüuraltına müsbətfikirlər göndərin. Şüuraltı “aysberqin görünməyən hissəsidir”. Əslində o, bizim fərqində olmadan davranışlarımızı və həyatımızı idarə edir. Şüuraltına verdiyimiz müsbət mesajlar zamanla işlənir və şüura, yəni davranışlarımıza əks olunur. Bu düzgün mesajlarla yemək davranışını dəyişə bilərik. Gün ərzində özünüzə təkliflər verə bilərsiniz. Məsələn, “sən bunu edə bilərsən”, “bu yeməyi yeməməyə iradən var”, “hazırda ac deyilsən”, “verdiyin qərarların arxasında dayanırsan” kimi düşünmək motivasiyanızı artıracaq və özünüzə inam aşılayacaq təkliflər yarada bilərsiniz.