KOBİA-ya yeni sədr müavini təyin edildi – DOSYE + FOTO

0
282

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) yeni sədr müavini təyin edilib.

Samir Hümbətov Agentliyin İdarə Heyətinin sədrinin yeni müavini olub.

Xatırladaq ki, S.Hümbətov bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədr müavini vəzifəsini icra edib. 

Qeyd edək ki, Hümbətov Samir Hümbət oğlu 1978-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2004-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantıdır.

2002-2017-ci illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunda məsləhətçi, aparıcı məsləhətçi və şöbə müdiri vəzifələrində çalışıb.

2018-ci ildə Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müşaviri, şöbə rəisi vəzifələrində çalışıb.

2019-2021-ci illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunub. Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi vardır.

1 iyun 2021-ci il tarixindən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.  

Evlidir, 1 övladı var.