Ukraynanın Kiyev vilayətinin səmasında naməlum hava obyekti aşkar edilib.
Bu səbəbdən bölgədə və Kiyevdə hava həyəcanı elan edilib.
Bu barədə Kiyev Vilayət Hərbi Administrasiyası məlumat verib.
“Səmada hava obyekti aşkar edildi. Bununla bağlı hava hücumundan müdafiə qüvvələrinin işə salınması mümkündür”, – deyə administrasiyanın məlumatında qeyd edilib.
Kiyev sakinləri həyəcan siqnalı bitənə qədər sığınacaqlarda və ya digər təhlükəsiz yerlərdə qalmağa çağırılıblar.
Müxtəlif paylaşımlarda hava hədəfinin Borispol şəhərinə istiqamətləndiyi bildirilib.